wrapper

Futbol üzrə Azərbaycan  I  Divizionunda 25-ci turun oyunları keçirilib. Futbol11.az xəbər verir ki, ikinci pillə uğrunda mübarizə aparan "Səbail" öz meydanında "Şəmkir"i məğlub edib. Bayıllıların əsas rəqibi "Qaradağ Lökbatan" da bu turda qələbəyə sevinib. Ötən tur çempionluğunu bayram edən "Turan Tovuz"  bu dəfə xal itirib. 


“Səbail” 1-0 “Şəmkir”
Qol: Elvin Adışirinli, 90+1.

“Göyəzən” 3-7 “Mil-Muğan”
Qollar: Orxan Əsgərov, 59; Aqşin Sadıqov, 80; Cavid Nuriyev, 84 // Vüqar Əlibabayev, 13; Bayram Əliyev, 26, 32; Raul Yaqubzadə, 37, 63 Mənsur Nəhavəndi, 38; Bayram Əliyev, 75.

“Ağsu” 4-0 “Zaqatala”
Qollar: Adil Tağıyev, 22, 39; Elnur Səmədov, 36; Əli Bağırov, 75.

“Qaradağ Lökbatan” 3-0 MOİK
Qollar: Rüfət Məmmədov, 10, 28; Əliağa Xudiyev, 57.

“Şahdağ” 1-1 “Turan Tovuz”
Qollar: Vüqar Asəliyev, 83 // Rəhman Tağıyev, 36.

“Energetik” 1-1 “Bakılı”
Qollar: Elməddin Cəfərov, 45+1 // Aslan Hüseynov, 34.