wrapper

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən “Şəmkir” klubu əvvəlki əzəmətini qaytarmaq iddiasında olsa da, deyəsən elə bu iddia olaraq qaldı. Məsələ burasındadır ki, klub mövsüm ərzində lazım olmayan dəyişikliklərə gedərək, uğursuzluğa düçar oldu və medalçılar sırasına düşə bilmədi. Bundan əlavə, lisenziya üçün müraciət edən klub bu imtahandan da kəsildi.

Sən demə, bundan əvvəl də komandada problemlər varmış. Bütün bunlar indi-indi gün işığına çıxır. Belə ki, futbolçular və məşqçilər korpusu son 3 ayın maaşına həsrətdirlər. Çempionatın sonuna qədər birtəhər dözən oyunçuların artıq səbr kasası daşıb. Bir araya gələn oyunçular rəhbərliyə qarşı birləşiblər.

Amma klubun prezidenti Elvin Səfərli günü-günə satır. Bunu görən oyunçular aidiyyatı qurumlara kütləvi şəkildə müraciət ediblər və cavab gözləyirlər.

Mənbə: Futbol11.az

Son redaktə Çərşənbə, 17 May 2017