wrapper

Ötən mövsüm qeydə alınan uğursuz nəticələrə baxmayaraq, “Sumqayıt” klubunun əvəzedici heyətinin baş məşqçisi postunda dəyişiklik olmayacaq.

Futbol11.az saytının məlumatına görə, gənc olmasına baxmayaraq, Pro kateqoriyasına sahib çıxan Elbrus Məmmədov işinə davam edəcək və növbəti mövsümdə də baş məşqçi kimi çalışacaq. Elbrus Məmmədov artıq seleksiya işlərinə start verib.

Qeyd edək ki, Məmmədov məşqçi kimi “Neftçi” və “Xəzər Lənkəran” klublarında da çalışıb.

Futbol11.az

Son redaktə Çərşənbə, 17 May 2017