wrapper

Albaniya millisinin və Yunanıstanın “Pas Giannina” klubunun futbolçusu Andi Lilanın Azərbaycan klubuna keçəcəyi ilə bağlı yayılan söz-söhbətlər səngimək bilmir.

Futbol11.az xəbər verir ki, mövsümün sonunda hazırkı klubu ilə müqaviləsi başa çatacaq futbolçu azad agent kimi Premyer Liqamızda çıxış edən klubların birinə keçəcək. Yerli mətbuatın iddiasına görə, 31 yaşlı yarımmüdafiəçi artıq Azərbaycan klubu ilə müqavilənin şərtlərini müəyyənləşdirib. Onun 3 illik müqaviləyə razılıq verdiyi iddia edilsə də, hansı klubumuzla müqavilə imzaladığı açıqlanmayıb.

Qeyd edək ki, Lila 2011-ci ildən “Pas Giannina”da çıxış edir. O, 2015-ci ildə icarə əsasında İtaliyanın məşhur “Parma” klubunda çıxış edib.

Futbol11.az 

Son redaktə Çərşənbə, 17 May 2017