wrapper

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”da növbəti ayrılıq reallaşıb. Futbol11.az xəbər verir ki, Ağdam klubu Vüqar Nadirov və Bojan Şaranovun ardından gənc qolkiper Halit Oğuzhanla da yollarını ayırıb.

Bu barədə “çərçivə qoruyucu”su şəxsi hesabında məlumat verib. O, “Qarabağ”dan ayrılmasına belə şərh verib: “Düz 4 il. Hələ 19 yaşımda gəlib, ailəmdən uzaq və pis günlər keçirdiyim, yaxşısı, pisi bir çox insanı tanıdığım, mənə bir çox şey öyrədən, xəyalımdakı stadionları, komandaları yaxından tanımağımı reallaşdıran, işimdə mənə hər zaman dəstək verən və gözəl xatirələrlə dolu olan yerə vida zamanıdır. Qılıncın hər zaman iti olsun, “Qarabağ”.

Qeyd edək ki, Oğuzhan daha çox “Qarabağ”ın əvəzedici komandasında çıxış edib.

Futbol11.az 

Son redaktə Cümə axşamı, 18 May 2017