wrapper

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında millimiz yarımfinal mərhələsində Əlcəzairi məğlub edərək finala yüksəlib. Futbol11.az xəbər verir ki, az öncə başa çatan oyundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb: 

“Təbrik edirəm, komandamız yaxşı oyun nümayiş etdirdi. Artıq maksimum məqsədə çatmaq üzrəyik. Əsas odur ki, komandamız qol buraxmayıb və bu, sevindirici haldır. Bu o deməkdir ki, bütün komanda cəsarətli oyun sərgiləyir. Məncə, bu gün açıq oyun getdi, rəqibin fərqlənmək üçün imkanları oldu. Düşünürəm ki, nəticə yaxşıdır. Bu nəticəyə gözrə azarkeşlərimizi təbrik edirəm və nonları finalda gözləyirik”.

- Ölkə rəhbərliyi medal qazanan idmançılarda mükafat vəd verib. AFFA futbolçularımıza hansısa mükafat verəcək?

- Təbii ki, AFFA tərəfindən mükafat ayrılacaq. Amma öncə məqsədə çatmaq lazımdı.Qazanılan nəticədən sonra mükafatı açıqlayacağıq.  

- Bundan əvvəlki oyunlarda da, bu oyunda da rəqib komanda hakimlərdən şikayətlənib. Bu barədə nə deyə bilərsiniz?

- Sözün düzü, bizə heç kim heç nə deməyib. Bu günkü oyun hər şeyi göstərdi, qol vurmaq üçün xeyli şansımız var idi. Hansısa şikayətdən söhbət gedə bilməz.

- Bütün biletlərin satıldığı bəyan olunsa da, tribunalar boş olur. Bu məsələyə münasibətiniz necədir?

- Bu məsələlərlə mən məşğul olmuram. Mən də təşkilatçılarla bu məsələ haqda maraqlandım. Düzdü, biletlərin satıldığı açıqlansa da, təəssüflər olsun ki, azarkeşləri tribunada görə bilmirik. Yəqin ki, vaxta görə gələ bilmirlər.

- Riçard Almeydanın millimizdə oynaması ilə bağlı FİFA-ya müraciəıt etmisiniz. Hansısa yenilik varmı?

- Gözləyirik. Xahiş etmişik ki, bu məsələyə tez baxsınlar. Çünki rəsmi oyunlar yaxınlaşır. Ümumiyyətlə,  may ayının 5-ə qədər məsələyə aydınlıq gəlməlidi. 

Son redaktə Cümə axşamı, 18 May 2017