wrapper

Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən Əlcəzair yığmasının futbolçusu Bechou Yusif Azərbaycana qarşı keçirdikləri oyundan sonra tərbiyəsizlik edib.

Futbol11.az xəbər verir ki, o, oyun başa çatdıqdan sonra millimizin yarımmüdafiəçisi Tellur Mütəllimovla formasını dəyişib. Amma Bechou millimizin formasını özü ilə aparmaqla yox, tapdalamaqla kifayətlənib. Belə ki, gənc futbolçu paltardəyişmə otağına yollanan zaman millimizin formasını yerə atıb və üstündən keçib.

Futbolçunun əsəbi bununla da soyumayıb. Oyunçu paltardəyişmə otağının qapısını da sındırıb.

Qeyd edək ki, Əlcəzair millisi oyundan sonra hakimlikdən şikayətlənib.

Futbol11.az

Son redaktə Cümə axşamı, 18 May 2017