wrapper

"Qəbələ"dən ayrılan millimizin üzvü Məhəmməd Mirzəbəyovun klubsuz günləri çox çəkməyib.

Futbol11.az xəbər verir ki, cinah müdafiəçisi "Neftçi" ilə anlaşıb. Əldə etdiyimiz məlumata görə, tərəflər arasında ilkin razılıq əldə olunub. O, "ağ-qaralar"la 1+1 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, "Qəbələ"dən öncə ölkəmizdə "Sumqayıt" və "İnter" kimi klublarda  oynayan Mirzəbəyovun "Neftçi"yə keçəcəyi ilə bağlı ilk xəbəri Futbol11.az saytı diqqətinizə çatdırmışdı.

Son redaktə Cümə, 19 May 2017