wrapper

Milli komandamızın sabiq üzvü Rəşad Eyubovun yeni klubunun adına aydınlıq gəlib.

Futbol11.az xəbər verir ki, "Qəbələ"dən ayrılan futbolçu karyerasını "Sumqayıt"da davam etdirəcək. Təcrübəli yarımmüdafiəçi "kimyaçılar"la 1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, Eyubov "Qəbələ"dən öncə "Simurq" və "Kəpəz" kimi komandalarda forma geyinib.