wrapper

Topaz Premyer Liqasında 2017-2018-ci illər mövsümünün start tarixi dəqiqləşib.

Bu barədə Futbol11.az saytına Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov məlumat verib. Hüseynov bildirib ki, növbəti mövsüm böyük ehtimalla avqustun 12-də start götürəcək.Yarışa 2018-ci ilin may ayının sonunda yekun vurulması nəzərdə tutulub.