wrapper

Növbəti mövsümdə iddialı klub olmaq istəyən MOİK transfer çalışmalarına start verib. Futbol11.az saytının məlumatına görə, ordu klubu ilk olaraq elita təmsilçilərindən ayrılan futbolçuları sıralarına cəlb etmək istəyir.

Bunlardan biri də “Zirə” ilə vidalaşan Murad Səttarlıdı. Onunla hazırda danışıqların son mərhələsi gedir.

Qeyd edək ki, MOİK növbəti mövsümdə I Divizionun qalibi olmaq niyyətindədir.