wrapper

Ötən mövsüm Premyer Liqada sonuncu olaraq, I diviziona düşən AZAL futbolçularını Şüvəlandakı bazasına toplayıb.

Futbol11.az saytına daxil olan məlumata görə, oyunçular 1 saat öncə bazada olublar və mart ayının maaşını alıblar. Komandanın futbolçulara sadəcə 1 aylıq maaş borcu qalıb.

Qeyd edək ki, AZAL-ın növbəti mövsüm I Divizionda “Şüvəlan” adı altında mübarizə aparacağı söylənilir.