wrapper

Albaniya millisinin üzvü Andi Lilanın Azərbaycan klubuna keçidi baş tutmaya bilər. 

Məsələ burasındadır ki, yayda Yunanıstanın "Pas Giannina" klubu ilə müqaviləsi başa çatacaq futbolçu ölkəsindən təklif alıb. Onun xidmətində "Kukesi" klubunun maraqlı olduğu bildirilir. Yerli mətbuatın iddiasına görə, 31 yaşlı futbolçu Albaniyanı avrokuboklarda təmsil edəcək kluba keçməyin əleyhinə deyil.

Qeyd edək ki, onun bir müddət öncə Premyer Liqamızda mübarizə aparan klublarımızın biri ilə 3 illik müqavilə imzaladığı iddia edilirdi.

Futbol11.az 

Son redaktə Cümə, 19 May 2017