wrapper

“Kəpəz”in əsas komandasının məşqçilər korpusunda yeni təyinat olub.

Futbol11.az xəbər verir ki, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O,baş məşqçi Şahin Diniyevin  köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir il müddətinə müqavilə bağlanacaq. 

Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib. 

Son redaktə Cümə, 19 May 2017