wrapper

“Kəpəz”in durumu heç də yaxşı deyil. Ötən il komandanı çiynində daşıyan futbolçular artıq düşərgəni tərk ediblər. Kapitan Tural Axundov, əksər oyunlarda yaxşı çıxış edən Orxan Əliyev, qol silahı Dario Federiko ilə yanaşı Vüqar Bəybalayev də heytdən gedib. Sonuncunun gedişi daha çox müzakirə mövzusu oldu ki, bu da səbəbsiz deyil.

Məsələ burasındadır ki, “Kəpəz” rəsmi saytı vasitəsi ilə Vüqar Bəybalayevlə razılığıa gəldiyini açıqlamışdı. Amma bir neçə gün sonra “Sumqayıt” Vüqar ilə müqavilə imzaladağını bəyan etdi. Bu keçidin kökündə Vüqarın 3 seçimi əsas rol oynayıb.

1. Vüqar ötən mövsümdə “Kəpəz”də az-az oynayırdı. Növbəti mövsüm üçün də heç nə dəyişməyəcəkdi. Baş məşqçi Şahin Diniyev onu yenə əvəzedici futbolçu gözündə görəcəkdi. Bunu nəzərə alan Vüqar daha çox oynamaq şansı qazanmaq ehtimalı olduğu kluba keçidi üstün tutub.

2. Sözsüz, əksər müqavilələrin özəyində maliyyə məsələsi dayanır. “Sumqayıt” “Kəpəz”in təklif etdiyindən 500 manat çox verdiyi üçün Vüqar bu məsələdə də “Sumqayıt”a üstünlük verib.

3. Coğrafi amil də bu seçim də rol oynayıb. Nizami yurduna getməkdənsə evin içində qalmağı üstün tutan Vüqarın seçimini şərtləndirən 3-cü səbəb də budur.

Son redaktə Cümə, 19 May 2017