wrapper

Millimizin üzvü Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubu  ilə yeni müqavilə imzalayıb. 

Futbol11.az xəbər verir ki, mayın 17-də 18 yaşını qeyd edən gənc hücumçu peşəkar futbolçu kimi ilk müqaviləsinə imza atıb. O, 2020-ci ilin iyun ayına qədər Frankfurt təmsilçisinin uğurları üçün çalışacaq.

Bu barədə məlumatı klubun idman direktoru Fredi Bobik bildirib. O, Renata böyük ümidlər bəslədiklərini vurğulayıb: "Biz Renatda böyük potensial görürük və onu kifayət qədər inkişaf etdirmək istəyirik. Ümid edirik ki, o, bizim istədiyimiz futbolçu olacaq".

Qeyd edək ki, bu müqavilə Renatın Almaniyanın əsas Bundesliqasında oynamasına imkan verəcək. 

Futbol11.az

Son redaktə Cümə, 19 May 2017