wrapper

Avropa Liqasında I təsnifat mərhələsinin 55 iştirakçısı bəllidi. Futbol11.az xəbər verir ki, bu raundda çıxış edəcək 100 klubdan yalnız 45-i naməlumdu.

Azərbaycan klublarından ikisi I təsnifat mərhələsində çıxış edəcək. “İnter” səpələnmiş 22 komandana biridi. Yüksək reytinqlilər sırasına “Voyvodina” (Serbiya), AEL (Kipr), “Slovan” (Slovakiya), “Sent Conston” (Şotlandiya), “Norçepinq” (İsveç) və “Qlazqo Reyncers” (Şotlandiya) də qoşulub.

Zaur Svanadzenin yetirmələrinin mümkün rəqiblərinin sayı isə 28-di. Bu siyahıya yeni qoşulanlar “Mladost” (Monteneqro), “Ballimena” (Şimali İrlandiya), “Folqor” (San Marino), “Sent Cozef” (Cəbəllütariq), “Liepaya” (Latviya), “Banqor” (Uels), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya) komandalarıdı.

Digər klubumuz “Zirə” isə hələ səbəti dəqiqləşməyən 5 klubdan biridi. Artıq “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq) və “Şkendiya” (Makedoniya) da bu komandalar sırasındadı.

Səpələnmişlər

“Dinamo” (Belarus), HİK (Finlandiya), AİK (İsveç), “Höteborq” (İsveç), “Voyvodina” (Serbiya), AEL (Kipr), “Slovan” (Slovakiya), “Sent Conston” (Şotlandiya), “İnter” (Azərbaycan), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Kalyu” (Estoniya), “Valletta” (Malta), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), “Ordabası” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Kruzaders” (Şimali İrlandiya), “Qlazqo Reyncers” (Şotlandiya)

Səpələnməmişlər

“Mladost” (Monteneqro), “Şemrok Rovers” (İrlandiya), “Çixura” (Gürcüstan), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Kork Siti” (İrlandiya), B-36 (Farer adaları), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Vaasa” (Finlandiya), “Valyur” (İslandiya), “Atlantas” (Litva), “Suduva” (Litva), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Kolreyn” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları), “Ballimena” (Şimali İrlandiya), “Folqor” (San Marino), “Sent Cozef” (Cəbəllütariq)

Qeyri-müəyyənlər

“İrtış” (Qazaxıstan), “Zirə” (Azərbaycan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Şkendiya” (Makedoniya)

Digər təmsilçimiz “Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Birbaşa bu raunddan yarışa qatılacaq 16 komandadan 5-nin səpələnmiş, 2-nin səpələnməmiş olduğu dəqiqləşib. Bir klubun isə hələ səbəti bilinmir.

Səpələnmişlər

“Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), AEK (Kipr)

Səpələnməmişlər

“Ostersun” (İsveç), “Brann” (Norveç)

Qeyri-müəyyənlər

“Osiyek” (Xorvatiya)