wrapper

Bu gün U-19 Liqasında son turun oyunları keçirilib. Futbol11.az xəbər verir ki, “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası AZAL-ı qəbul edib.

2 tur öncə çempionluğunu rəsmiləşdirən komanda görüşü 7:0 hesablı qələbə ilə başa vurub.

Qarşılaşmadan sonra isə AFFA-nın baş katibi Elxan Məmmədov, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl və əsas komandanın baş məşqçisi Qurban Qurbanov tərəfindən futbolçulara qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Son redaktə Cümə, 19 May 2017