wrapper

Madridin "Real" klubu növbəti transferini həyata keçirib. Futbl11.az xəbər verir ki, "kral klubu" Teo Ernandezin ardından Braziliyanın "Flamenqo" klubunda forma geyinən Vinisius Junioru rənglərinə bağlayıb. 

"Barselona"nın da maraq dariəsində olan 16 yaşlı futbolçunun Madrid klubuna keçidini "Flamenqo"nun prezidenti Kleber Leite də təsdiqləyib: "Xəbərlərdə oxuyuram ki, Vinisius "Real"a keçməyə yaxındı. Əslində, yaxın deyil, Junior artıq "Real"ın futbolçusudu".

"Real"ın Vinisiusa görə "Flamenqo"ya 60 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, "Yeni Neymar" adlandırılan futbolçu ötən yay Çilidə keçirilən 17 yaşadək futbolçular arasında Cənubi Amerika çempionatında 5 qol vuraraq "Pichichi" mükafatına sahib çıxıb. 

Futbol11.az

Son redaktə Cümə, 19 May 2017