wrapper

Slovakiya çempionatında XXXII turun oyunları davam edir. Futbol11.az xəbər verir ki, tur çərçivəsində millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” da növbəti matçına çıxıb.

Sona 5 tur qalmış çempionluğunu təmin edən komanda səfərdə “Moravçe”nin qonağı olub. Qarşılaşma “Jilina”nın böyükhesablı qələbəsi ilə başa çatıb – 1:4. Millimizin üzvü bu oyunun iştirakçısı olmağı bacarıb. Oyuna start heyətində başlayan hücumçu 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda “Jilina”nın aktivinda 70 xal var.

Futbol11.az 

Son redaktə Cümə, 19 May 2017