wrapper

"Qarabağ”ın kapitanı Rəşad Sadıqov avrokubokların təsnifat mərhələlərində ən çox oyun keçirən futbolçular siyahısına düşüb. Futbol11.az xəbər verir ki, bu haqda UEFA-nın saytında dərc olunan yazıda bildirilib.

Sadıqov “Neftçi”, “Kayserispor” (Türkiyə) və “Qarabağ”ın heyətində ilkin mərhələlərdə avrokuboklarda 55 oyun keçirib. Bu göstərici ilə 35 yaşlı müdafiəçimiz siyahıda belaruslu hücumçu Vilali Rodionovla (BATE) birgə 3-4-cü yerləri bölüşdürüb.

Serbiyalı Saşa İliç (“Partizan”, “Qalatasaray”, “Zalsburq”, 69 oyun) 1-ci, yunan Kostas Xaralambides (APOEL, “Panatinaikos”, AEK Larnaka, 57 oyun) isə 2-cidir.

UEFA "TOP-5"liyini 52 oyunla isveçli Stefan İşizaki (AİK, “Elfsborq”, “Volerenqa”) tamamlayıb.

Son redaktə Bazar ertəsi, 19 İyun 2017