wrapper

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ” II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq. “Qarabağ” cütün favoriti sayılsa da, sözsüz ki, növbəti mərhələyə çıxan komandanın adına iki oyunun nəticəsindən sonra aydınlıq gələcək.

“Samtredia” ötən il “Qəbələ” ilə görüşdə darmadağın olsa da, futbolda hər şey mümkündür.

“Samtredia”nı son görən azərbaycanlı isə milli komandamızın sabiq üzvü Rasim Ramaldanovdu. Hazırda “Qəbələ”də çıxış edən Rasim “Kolxeti”nin heyətində “Samtredia”ya qarşı oynayıb və o futbol11.az saytına açıqlamasında cütün barədə danışıb: “Mən “Qarabağ”a Çempionlar Liqasının II təsnifat mərhələsində uğur arzu edirəm. İnşallah, mərhələni “Qarabağ” keçəcək. “Samtredia” ilə bağlı Gürcüstanda olan dostlarımla danışdım. Eyni zamanda klubu yaxından izləyirəm. “Samtredia” hazırda heç də yaxşı vəziyyətdə deyil. Düşünürəm ki, “Qarabağ” mərhələni keçəcək”.

Qeyd edək ki, II təsnifat mərhələsinin qarşılaşmaları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Son redaktə Bazar ertəsi, 19 İyun 2017