wrapper

"Qarabağ" çox güclü komandadır. Amma biz asanlıqla təslim olmaq niyyətində deyilik". Futbol11.az xəbər verir ki, bu sözlər Gürcüstanın "Samtredia" klubun un baş məşqçisi Gia Tsetsadzeyə məxsusdur.

"Samtredia" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində son Azərbaycan çempionu "Qarabağ"la üz-üzə gələcək.  

Püşkü dəyərləndirən 42 yaşlı mütəxəssis fikirlərini bildirib.  O, "Qarabağ"a rəqib olduqları üçün təəssüflənmədiyini deyib: "Düzdü, ötən il bizi Azərbaycanın "Qəbələ" klubu mübarizədən kənarlaşdırmışdı. Növbəti dəfə Azərbaycan klubu ilə qarşılaşacağımız üçün təəssüflənmirəm. Çünki daha güclü rəqiblərlə üz-üzə gələ bilərdik. Artıq Azərbaycan komandaları ilə oyun təcrübəmiz var və mərhələ keçə bilərik". 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.

 

Son redaktə Bazar ertəsi, 19 İyun 2017