wrapper

"Barselona"nın yarımmüdafiəçisi Arda Turanla "Arsenal"ın maraqlanması yenidən gündəm olub. Futbol11.az xəbər verir ki, bu barədə AMK məlumat yayıb. 

İddiaya görə, London təmsilçisi türk futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır və Kataloniya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Arda Turan 2015-ci ildə "Atletiko"dan 34 milyon avro qarşılığında "Barselona"ya keçib.