wrapper

"Qarabağ"ın Gürcüstanda "Samtredia" ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün bütün təyinatlar açıqlanıb.

Futbol11.az xəbər verir ki, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Srcan Yovanoviçə Uroş Stoykoviç və Milan Mixayloviç yan xətt, Marko Popoviç dördüncü hakim qismində yardımçı olacaqlar. Rumıniyalı Pol Daniel Zaharya UEFA nümayəndəsi, macarıstanlı Laslo Vaqner isə hakim-inspektordur. 

İyulun 18-də Tiflisdə Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, Srcan Yovanoviç ötən gün elə Tiflisdə İngiltərə və Portuqaliyanın 19 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçirilmiş final matçının baş hakimi olub.

Futbol11.az 

Son redaktə Bazar, 16 İyul 2017