wrapper

“İnter”in “İnter Arena”dan çıxmaq üzrə olduğunu xəbər vermişdik. Klubun əsas və əvəzedici heyəti  ev oyunlarını “Dalğa Arena”da keçirəcək.

Futbol11.az saytının məlumatına görə, “İnter”in aşağı yaş qrupları üzrə komandaları isə fərqli məkanda yerləşdiriləcək. Bizdə olan məlumata görə, akademiya Bakı Olimpiya Stadionunun meydançalarından yararlanacaq.

Qeyd edək ki, "İnter" külli miqdarda borcu olduğu üçün "İnter Arena"dan kənarlaşdırılıb. 

Futbol11.az 

Son redaktə Bazar, 16 İyul 2017