wrapper

"Qarabağ"ın sabiq futbolçusu Reynaldonun İsveçrənin "Yanq Boyz" klubuna keçidi baş tutmayıb. Futbol11.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayb. 

Bildirilir ki, braziliyalı futbolçu bir neçə gün öncə müqavilə imzalamaq üçün "Yanq Boyz"un düşərgəsinə yollansa da, keçid reallaşmayıb. Sövdələşmənin hansı səbəbdən baş tutmadığı açıqlanmasa da, Reynaldonun tibbi müayindən keçə bilmədiyi iddia edilir. 

Ancaq bizdə olan məlumat görə, məsələ heç də tibbi müayinə ilə bağlı deyil. Belə ki, tərəflər arasında maliyyə məsələlərində razılıq əldə olunmayıb. 

"Sambaçı" artıq Türkiyəyə dönüb və yenidən "Adanaspor"un düşərgəsinə qatılıb. Onun Səudiyyə Ərəbəsitanının "Əl Taavon" klubu ilə yoxlama görüşündə meydana çıxacağı gözlənilir. 

Futbol11.az 

Son redaktə Bazar, 16 İyul 2017