wrapper

Gənclər və İdman Nazirliyinin balansında olan Tofiq Bəhramov adına Respublika Stadionunun icarə haqqı yüksəldilib.

Mərhum Akif İsmayılovun direktorluğu dönəmində stadion demək olar ki, Azərbaycan futbolunun məbədi sayılırdı. Ot örtüyü indiki qədər ideal olmayan mərkəzi arenadan  demək olar ki, əksər klublarımız rahatlıqla yararlanırdılar. Həmin vaxt stadiondan məşq və oyunluq icarə haqqı 5 min manat civarında idisə, hazrda bu rəqəm 3 dəfə yüksəldilib.

Qeyd edək ki, Tofi Bəhramov adına Respublika Stadionundan yalnız “Qarabağ” avrokubok məqsədi ilə istifadə edir.

Futbol11.az

Son redaktə Bazar, 16 İyul 2017