wrapper

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Yagelloniya" - "Qəbələ" matçının hakimləri bəlli olub. Futbol11.az xəbər verir ki, UEFA Belostokda baş tutacaq matçın rumıniyalı referilərə tapşırılıb. 

Belə ki, matçın baş hakimi Konstantin Sebastyan Koltesku olacaq. Ona bu işin icrasında  Radu Adrian Stefan Ginquleaç və Vladimir Urzika köməklik edəcəklər.  Dördüncü hakim funksiyasını isə George Katalin Qaman yerinə yetirəcək. 

Oyunun UEFA nümayəndəsi belçikalı Jan Pol Mievis, hakim-inspektor isə monteneqrolu Qoran Mihalyeviç olacaq. 

Qeyd edək ki, iyulun 20-də, saat 22:30-da start götürəcək. Tərəflər arasındakı ilk qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. 

Futbol11.az 

Son redaktə Bazar ertəsi, 17 İyul 2017