wrapper

Avropa Liqasının II təsnifat mərhələsinin cavab ooyunları çərçivəsində keçiriləcək "Fola" - "İnter" matçının hakimləri açıqlanıb. Futbol11.az xəbər verir ki, UEFA Lüksemburqda baş tutacaq qarşılaşmanı Litvadan olan hakimlər briqadasına həvalə edib. 

Belə ki, matçın baş hakimi Donatas Rumsa olacaq. 29 yaşlı referiyə bu işin icrasında Aleksandr Radius və Vladimir Gerasimov köməklik edəcəklər. Dordüncü hakim funksiyasını isə Robertas Smitas yerinə yetirəcək. 

Oyunun UEFA nümayəndəsi portuqaliyalı Alvaro Albino, hakim-inspektor isə Vasili Melniçuk olacaq. 

Qeyd edək ki, qarşılaşma iyulun 20-də Emil Mayriş stadionunda keçiriləcək. Tərəflər arasında ilk qarşılaşmada "İnter" minimal hesablı qələbə qazanıb - 1:0. 

Futbol11.az 

Son redaktə Bazar ertəsi, 17 İyul 2017