wrapper

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Zirə" - "Astra" oyunun hakim təyinatları açıqlanıb. Futbol11.az xəbər verir ki, "Dalğa Arena"da baş tutacaq matçda ədaləti Gürcüstandan olan hakimlər briqadası qoruyacaqlar. 

Belə ki, matçın baş hakimi Giorgi Vadaçkoira olacaq. Ona bu işin icrasında Zaza Menteşaşvili və Giorgi Elikaşvili köməklik edəcəklər. Oyunun dördüncü hakimi Qoqa Kikaçeyşvili olacaq. 

Qarşılaşmada UEFA nümayəndəsi vəzifəsini estoniyalı Tarqo Kaldoya yerinə yetirəcək. Hakim-inspektor isə rusiyalı Sergey Zuyev təyin edilib. 

Qeyd edək ki, tərəflər arasında ilk oyunda "Astra" 3:1 hesablı qələbə qazanıb. 

Futbol11.az 

Son redaktə Bazar ertəsi, 17 İyul 2017