wrapper

Topaz Premyer Liqasında, eləcə də I Divizion və əvəzedici heyətinlərin yarışında ədaləti qoruyan azərbaycanlı hakimlər ildə iki dəfə ölkə xaricində təlim-məşq toplanışında olurlar. Qış toplanışı adətən Antalya, yay toplanışı isə Avropa ölkələrinin birində baş tutur.

Budəfəki yay toplanışı Bolqarıstanda reallaşmalı idi. Hakimlər artıq iyulun 19-da ölkə xaricinə yollanmalı idilər. Hətta səfərə getməli olan hakimlərin sənədləri də yığılmışdı. Amma son anda səfər baş tutmadı və pasportlar geri alındı. Bunun səbəbi isə maliyyə problemi olub. Belə ki, AFFA hakimlərin yay toplanışına vəsait ayırmaq istəməyib. 

Qeyd edək ki, hakimlərin toplanışı Bakıda reallaşacaq.