wrapper

Azərbaycan Premyer Liqasında AZAL, “Xəzər Lənkəran” və “İnter”in formasını geyinən braziliyalı legioner Franka Junior Nildo oynadığı klublara sadiqdir.

Vaqif Sadıqovun AZAL klubuna gətirdiyi və öz oyunu ilə adından söz etdirən hücumçu hətta oynadığı klublara sevgisini öz övladına da keçirir. Belə ki, Nildo sosial şəbəkədə paylaşdığı fotoda öz övladı ilə oynadığı klubları bir araya gətirib və çıxış etdiyi formaları yanbayan qoyub.

Həmin formalar arasında “İnter” və “Xəzər Lənkəran” futbolkaları da var.

Son redaktə Bazar ertəsi, 17 İyul 2017