wrapper

Arif Əsədovun dönəmində “Neftçi”yə cəlb olunan və 3 mövsüm “ağ qara” formanı geyinən Özbəkistan millisinin üzvü Bahodir Nasimovun yeni klubu müəyyənləşib.

Premyer Liqada sərgilədiyi oyunla rəğbət qazanan oyunçu Koreyaya üz tutub və “Ansan Qriners” klubu ilə sözləşmə imzalayıb.  Koreya təmsilçisinə ölkəsinin ən adlı-sanlı klubu “Bunyödkor”dan keçən Nasimov “Neftçi”nin heyətində 58 oyuna 23 dəfə fərqlənib.

Qeyd edək ki, Nasimov "Neftçi"dən ayrıldıqdan sonra İranın "Padideh" klubuna üz tutmuşdu. İran klubunda karyerası uğurlu alınmayan 30 yaşlı forvard ötən ilə "Bunyodkor"a geri dönmüşdü.

Futbol11.az