wrapper

Ölkəmizi Avropa Liqasında təmsil edən “İnter” “Fola” ilə cavab oyunundan öncə bu gün Azərbaycanda son məşqinə çıxır. İlk oyunda 1:0 hesablı qələbə qazanan “İnter” səfər görüşünə tam heyətlə yollanacaq. Belə ki, komandanın düşərgəsində zədədən əziyyət çəkən futbolçu yoxdur. 

Səfərə bu gün axşam saatlarında yollanacaq təmsilçimiz Bakı-İstanbul-Lüksemburq reysi ilə hərəkət edəcək. Komandanın Lüksemburqda bir məşqi nəzərdə tutulub. “İnter” səfərə oyundan bir gün sonra qayıdacaq və həmin gün də komanda məşqə çıxacaq.

Qeyd edək ki, “Fola” – “İnter” oyunu 20 iyul 21:30-da başlanacaq.

Futbol11.az 

Son redaktə Bazar ertəsi, 17 İyul 2017