wrapper

“İlk qarşılaşmadan sonra bildirmişdim ki, rəqibimiz yaxşı oyun göstərir və əzmkar mübarizə aparırlar. Ötən oyunda da hər qol buraxdıqdan sonra daha da aqressiv oynayırdı. Bunu xüsusilə qeyd edərdim. İlk oyundakı hesaba baxmayaraq, rəqib xoş sözlərə layiqdir". Futbol11.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Samtredia” ilə qarşılaşacaq ağdamlıların çalışdırıcısı oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

O, sabahkı qarşılaşmanın çətin olacağını vurğulayıb: Bizim də çatışmazlıqlarımız var, bunları da aradan qaldırmaq üçün oyun praktikasına ehtiyacımız var. Nə qədər çox oyun keçirsək, bizim üçün o qədər yaxşıdır. Sabah meydanda tam hazır olan futbolçular yer alacaq. Oyuna gəldikdə isə rəqibin imkan verdiyi qədər hücum edəcəyik. Hücum etməklə yanaşı da müdafiə olunmağı da unutmamalıyıq. Sabah bizi Bakıdakından daha aqressiv qarşılaşma gözləyir”.

Qeyd edək ki, "Samtredia" - "Qarabağ" qarşılaşması sabah saat 21:00-da start götürəcək.

Son redaktə Bazar ertəsi, 17 İyul 2017