wrapper

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib. 

Futbol11.az xəbər verir ki, "kimyaçılar" Türkiyə Superliqasında mübarizə aparan "Osmanlıspor" klubu ilə qarşılaşıb. Görüş Ankara təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi Türkiyə toplanışı çərçivəsində daha 3 oyun keçirəcək. "Kimyaçılar" "Sivasspor", "Əl Fateh" və "Əl Taavov" klubları ilə üz-üzə gələcək. 

Futbol11.az

Son redaktə Bazar ertəsi, 17 İyul 2017