wrapper

"Neftçi" daha bir futbolçunu heyətinə qatmaq üçün böyük ölçüdə razılıq əldə edib.

Futbol11.az xəbər verir ki, söhbət millimizin və "İnter"in üzvü Abışovdan gedir.

Əldə etdiyimiz məlumata görə, artıq tərəflər arasında razılıq əldə olunub. Transferin həlli üçün "İnter"dən də "hə" cavabı alınıb. Hər hansı bir problem yaranmazsa, tərəflər arasında münasibətlər rəsmiləşəcək. Təcrübəli müdafiəçinin "ağ-qaralar"la 1,5 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Ruslan Abışov "Neftçi"nin yetirməsidi.

Futbol11.az

Son redaktə Çərşənbə, 28 Dekabr 2016