wrapper

Topaz Premyer Liqasının 1-ci turunda evdə “Qarabağ”a 1:3 hesabıyla uduzan “Neftçi”nin futbolçusu Elnur Cəfərov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbol11.az xəbər verir ki, Cəfərov öncə oyunla bağlı fikirlərini bildirib:

- İlk oyunumuz idi. Hər iki komanda qələbə üçün meydana çıxmışdı. “Qarabağ” güclü tərəf idi. Öz əhvlərimizdən qol buraxdıq. Amma uğur qazana bilərdik.

-  “Neftçi” tam oyun ortaya qoya bilmir. Bu, nə ilə bağlıdı?

- Komandamız yaxşıdı. Meydanda bunu sübut edə bilmədik. Ümid edirəm ki, gələcək oyunlarda bunu bacaracağıq.

- Bu nə ilə əlaqədar idi? Rəqib “Qarabağ” olduğu üçün?

- Rəqib düzdür, “Qarabağ”dır və Azərbaycanın ən güclü komandalarından biridir. Söhbət tək “Qarabağ”dan getmir… Qələbə qazana bilərdik. Bu gün səhvlərimizdən uduzduq.

- Səhvlərinizi düzəltməyə nə qədər zaman lazımdır?

- Öz üzərimizdə çalışmalıyıq.

- Sabiq “Xəzər Lənkəran”lı kimi özünü “Neftçi”də necə hiss edirsən?

- Mən peşəkar futbolçuyam və yaxud da olmağa çalışıram. Mənim üçün fərq etmir “Neftçi” olsun və ya başqa komanda. İşimi canla-başla görürəm.

- “Xəzər Lənkəran” azarkeşlərinin ciddi təzyiqinə məruz qaldınmı?

- Sosial şəbəkələrə də baxmıram. Qıraqdan deyirlər, eşidirəm.  Futboldan başı çıxmayan adamlardı.

- “Neftçi”nin oyunçusu olsan da “Tondela”nın çantasında gəzirsən…

- “Tondela”nı yaşadıram (gülür).

- “Neftçi” avrokuboklara vəsiqə qazana biləcək?

- Məqsədimiz odur. Əlimizdən gələni edəcəyik?

Son redaktə Şənbə, 12 Avqust 2017