wrapper

Bu gün Topaz Premyer Liqasında daha bir oyun keçirilib. Futbol11.az xəbər verir ki, yeni mövsümün ilk turunun ikinci günündə "İnter"lə "Qəbələ" qarşılaşıb.

"İnter Arena"dan baş tutan qaşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qırmızı-qaralar"ın qollarına Elvin Məmmədov və Filip Ozobiç imza atıblar. "İnter"in yeganə qolunu isə Pərdis Fərcad-Azad vurub.

Qeyd edək ki, dünən start götürən çempionatın ilk oyununda "Neftçi" öz meydanında "Qarabağ"a uduzub – 1:3. Turun digər iki qarşılaşması sabah keçiriləcək.

Topaz Premyer Liqası

I tur

12 avqust (şənbə)

20:00. "İnter" – "Qəbələ" - 1:2

Qollar: Elvin Məmmədov, 13, Filip Ozobiç, 24 (p) // Pərdis Fərcad-Azad, 70

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“İnter Arena”

"İnter": 1. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 3. Denis Silva (k), 33. Tərlan Quliyev, 22. Ilkin Qırtımov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 4. Slavik Alxasov, 88. Məmməd Quliyev, 65. Cabir Əmirli, 77. Oleq Hüseynov, 66. Murad Qayalı, 99. Ricat Qarayev

Baş məşqçi:  Zaur Svanadze

"Qəbələ": 22. Dmitri Bezatosnı, 3. Voislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyv Bultuis, 28. Stiven Jozef-Monroz

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 9. Baqali Dabo, 12. Endi Hallidey, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 34. Urfan Abbasov, 45. Famussa Kone, 77. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

Son redaktə Şənbə, 12 Avqust 2017