wrapper

Xəbər verdiyimiz kimi, Azərbaycan I Divizionunda yeni klub çıxış edəcək. Söhbət “Vətən” klubundan gedir. Komanda ev oyunlarını harada keçirəcəyini dəqiqləşdirməsə də, digər çox vacib məqamlar artıq bəllidir.

Belə ki, ən əsası klubun etibarlı maliyyə dayaqları var. Bizdə olan məlumata görə, “Vətən”ə təhsil Nazirliyi sponsorluq edəcək. “Vətən”də futbola yanaşma, maaşlar və digər ümumi məsələlər üst səviyyədə qurulacaq. Təsadüfi deyil ki, “Vətən” baş məşqçi postuna Azərbaycan futbolunun tanınmış siması Arif Əsədov rəhbərlik edəcək. Ona uzun müddət yanında çalışmış Elmir Xankişiyev kömək edəcək.

Qeyd edək ki, Arif Əsədov “Neftçi”nin əsas və əvəzedici heyəti ilə Azərbaycan çempionu olub. O, müxtəlif yaş qrupları üzrə milli komandalarımızda baş məşqçi kimi çalışıb. 

Son redaktə Şənbə, 12 Avqust 2017