wrapper

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə oyunun biletləri bu gün saat 10:00-dan etibarən satışa çıxarılıb.

Futbol11.az saytının məlumatına görə, bilet satışının ilk günündə artıq 15 000-dən çox bilet satılıb. Biletləri Tofiq Bəhramov adına stadionun kassalarından əldə edə bilərsiniz, kassalar saat 10:00-dan 19:00-a qədər fəaliyyət göstərir.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu avqustun 15-də keçiriləcək. 

Futbol11.az