wrapper

“İşləməli olduğumuz çox şeylər var. Oyunçuların fərdi çıxışı ürəyimcə olmadı. Bunun üzərində işləyəcəyik”. Futbol11.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Topaz Premyer Liqasının I turunda “İnter”i 2:1 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ukraynalı mütəxəssis fikirlərini bildirib: “Qələbə münasibəti ilə komandamızı təbrik edirəm. Bəzi çatışmazlıqlar olduğu üçün tam sevinə bilmirik. Ümid edirik ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik”.

- Birinci hissənin sonunda Monrozun hərəkətindən sonra onu Kone ilə əvəz etmək istəsəniz də, sonradan fikrinizən daşındınız. Bu, nə ilə bağlı idi?

- Sizə kim deyir ki mən onu əvəzləmək istəyirdim?

- Oyun və nəticə gözlədiyiniz kimi oldu?

- Komandamız yenidi. Ona görə də, təsəvvür etmək çətindi.

- Sizcə, komanda tam komplektləşib?

- Əlbəttə, tam komplektləşib. Düzdü, biz daha artığını etmək istəyirik, ancaq ideal heç nə yoxdu.

- Araz Abdullayev və Xavi Ernandezin boşluğunu necə dolduracaqsınız?

- Onlar özü komandanı tərk etmək istədilər. Biz futbolçuların istəyi ilə hərəkət etdik və onları göndərməyə razılıq verdik.

- Son dəqiqələrdə "İnter" üstünlüyü ələ aldı. Buna səbəb nə idi?

- Bu futbolun qaydasıdı, rəqib son dəqiqələrdə daha yaxşı oynayır. Oyunun sonunda adətən belə olur. Həyacan, narahatlıq və s. Qalib gəlmək istəyən komanda oyunu idarə etməyi bacarmalıdı. Qələbə istəyiriksə, bunu öyrənməliyik.

Son redaktə Şənbə, 12 Avqust 2017