wrapper

“Uşaqlar yaxşı oynadılar. Nə bacardılarsa, onu da etdilər”. Futbol11.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının I turunda öz meydanında “Qəbələ”yə məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gürcüstanlı mütəxəssis fikirlərini bildirib: “Heç-heçə etmək olardı. Məğlub olsaq da, pis oynadığımızı düşünmürəm. Üzərimizdə daha çox işləməliyik. Sonra nə olacağını yəqin ki, zaman göstərəcək”.

- Oyundan öncə məğlub olacağınızı düşünürdünüz?

- Komandanın bugünkü oyunda bütün gücünü meydanda ortaya qoymasını istəyirdim ki, onu da etdilər. Sona kimi mübarizə apardılar. Bir-birimizə sona qədər oynayacağımızla bağlı söz vermişdik. Məncə, daha da yaxşı oynaya bilərdik.

- Rauf Əliyev əvvəlki gücünü “İnter”də qaytardı və Albaniya klubuna transfer olundu. Maraqlıdır, Rauf ölkəni tərk etməmişdən öncə sizdən halallıq aldı?

- Rauf ölkə xaricində oynamaq istəməsi pis deyil, yaxşıdı. Lakin belə tez gedəcəyini gözləmirdim. Onun klubla müqaviləsi var və hazırda futbolçu ilə danışıqlar aparırıq. Gedəsi olsa, ona uğurlar arzu edirik. Qayıtması bizim üçün pis olmaz.   

Son redaktə Şənbə, 12 Avqust 2017