wrapper

Bu gün Topaz Premyer Liqasında mövsümün ilk turuna yekun vurulub. Futbol11.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub. 

Günün ilk görüşü Zirədə reallaşıb. Yerli "Zirə" doğma azarkeşləri önündə Premyer Liqanın debütantdı "Səbail"i qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin heyətində Milan Duriçlə Riçard Qadze, "Səbail"də isə Vüqar Nadirov fərqlənib. 

Turun son görüşü isə Sumqayıtda, "Sumqayıt" və "Zirə" komandaları arasında baş tutub. Bu görüşdə də meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər. "Sumqayıt"ın qollarına Cavid İmamverdiyevlə Amil Yunanov imza atıblarsa, "Kəpəz"də yeni transfer Viktor Oseqeyl adını tabloya yazdırıb.   

Topaz Premyer Liqası

I tur

13 avqust (bazar)

19:00. “Zirə” – “Səbail” - 2:1

Qol: Milan Duriç, 2, Riçard Qadze, 17 - Vüqar Nadirov, 43

Qeyi-dəqiq penalti: Riçard Qadze, 9

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 14. Qabriel Matey, 74. Yusif Nəbiyev, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 10. Orxan Əliyev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 7. Kerven Belfor, 11. Viktor İqbekoyi, 17.  Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 99. Nicat Qurbanov, 98. Elçin Əliyev

“Səbail”: 1. Emil Balayev, 25. Eqdaras Zarskis, 23. Aryon Stati, 99. Maudo Jarjue, 20. Elton Yaqublu (k), 3. Tamazi Setsxladze, 8. Aqşin Muxtaroğlu, 17. Vüqar Nadirov, 66. Pərviz Qaraxanov, 11. Elman Taqayev, 10. Nurlan Novruzov

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 98. Kamran Əliyev, 7. Emin Mehdiyev, 26. Kamal Qurbanov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 77. Təyyar Məmmədov, 2. Sahil Mirzəyev

 

21:00. “Sumqayıt” – “Kəpəz” - 2:1

Qol: Cavid İmamverdiyev, 16, Amil Yunanov, 74 // Viktor Oseqeyl, 52

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

Sumqayıt. Şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 90. Ramil Hasanov

“Kəpəz”: 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 11. Kamran Abdullazadə, 7. Sergey Çernışev, 20. Samba Dialo, 9. İlkin Sadıqov, 8. Viktor Oseqeyl 

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 10. Tural Rzayev, 6. Ceyhun Cavadov, 16. Azər Məmmədov, 15. Azad Kərimov

Baş məşqçi: Şahin Diniyev

Son redaktə Bazar, 13 Avqust 2017