wrapper

Topaz Premyer Liqasının 1-ci turunun “Zirə” – “Səbail” oyununda gərginlik yaşanıb.

Futbol11.az xəbər verir ki, gərginlik meydan sahiblərinin futbolçusu Vüqa Mustafayevlə qonaqların hücumçusu Nurlan Novruzov arasında baş verib. Top uğrunda mübarizədən sonra aqressivləşən və bir-birinin üzərinə yeriyən oyunçuları baş məşqçilər Samir Əliyevlə Ayxan Abbasov və digər oyunçular sakitləşdirib. Sonradan matçın baş hakimi Rəhim Həsənov tərəfləri barışdırıb.

Qeyd edək ki, Nurlan Novruzov bundan öncəki iki mövsümü “Zirə”də keçirib.