wrapper

Topaz Premyer Liqasının 1-ci turunda evdə “Səbail”ə 2:1 hesabıyla qalib gələn “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbol11.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib.

"Birinci oyun həmişə çətin keçir. Bugünkü oyuna da uşaqları buna uyğun hazırlamışdıq. “Səbail” yaxşı rəqibdi. Planlaşdırdığımız kimi oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov da bu gün qapıda yaxşı oynadı. Bu oyundakı səhvlərimiz təhlil edib, təkrarlamamağa çalşacağıq".

- Komandanın müdafiə xəttini belə zəif görməmişdik. Bu, nə ilə bağlı idi?

- Bu, məni də narahat elədi. Futbolçularla bu barədə söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm.

- Penalti epizodunda Milan Duriçlə Riçard Qadze arasında anlaşılmazlıq oldu. Komandada penaltiləri hansı futbolçu yetirir?

- Hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu.

- Qabriel Mateyin zədəsi necədir?

- Bir az dizində ağrı var idi. Risk etmək istəmədik. Tam vəziyyətinə sabah həkim müayinəsindən sonra aydınlıq gələcək.

Son redaktə Bazar, 13 Avqust 2017