wrapper

Azərbaycan Premyer Liqasının 1-ci turunda "Zirə" evdə “Səbail”ə 2:1 hesabıyla qalib gəlib. Oyundan sonra “qartallar”ın yarımmüdafiəçisi Vüqar Mustafayev jurnalistlərin suallarını cavablandırıb.

Futbol11.az xəbər verir ki, Mutafayev öncə oyunla bağlı fikirlərini bildirib.

- Çətin və gərgin oyun keçdi. Rəqib Premyer Liqada debüt edirdi. Onlar da yaxşı mübarizə apardı. Çempionata qələbə ilə başlamaq istəyirdik. Qalib gəlmək üçün köklənmişdik. Şükürlər olsun ki, bunu bacardıq.

- Digər komandaların potensialını təxmini bilmək olur. Ancaq “Səbail”də durum tam fərqlidi...

- “Səbail” yaxşı oynadı, pressinq edirdilər. Bu qədər təzyqin olacağını gözləmirdik. Deyərdim ki, yaxşı rəqibimiz komandadır. Çempionatda çox komandaya başağrı olacaqlar.

- İkinci hissədə arxayınlaşdınız...

- İkinci hissədə komandada bir az boşalma getdi. Onlar da bu səbəbdən qol vurdu. Daha sonra toparlandıq və 3-cü qolu vurmaq üçün şans axtardıq. Rəqibin də yaxşı imkanları oldu. Hər iki komanda ikinci hissədə şanslarını əldən verdi.

- Sabiq komanda yoldaşın Nurlan Novruzovla oyunun gedişində tutaşdın...

-  Sadəcə, oyun epizodudur. Bir balaca sərt oynadım, o da itələdi ki, komanda yoldaşı olmuşuq, niyə belə oynayırsan? Daha sonra görüşdük, qucaqlaşdıq. Hər oyunda belə şeylər olur.

- “Zirə”nin qarşısına hansı hədəflər qoyulub?

- Böyük məqsədlər qoyulub. İlk “üçlük”də qərarlaşmağı hədəf qoymuşuq. Bu mövsüm avrokuboklarda debütümüz idi. Bir mərhələ adlamağa müvəffəq olduq. Gələn mövsüm isə daha yaxşısını bacarmağa çalışacağıq.