wrapper

Vaqif Cavadov. Birvaxtlar Azərbaycanın ən gündəmdə olan oyunçulardından biri, milli komandanın və “Qarabağ”ın aparıcı siması. Hətta Hollandiyanın məşhur “Tvente”, Rusiyanın “Volqa” klubuna qədər gedib çıxan Cavadov adından söz etdirməyi bacarmışdı. Azərbaycanda “Qarabağ”dan başqa “İnter”, “Bakı” kimi iddialı klubların formasını geyinən Cavadovun son iş yeri AZAL olub. Hazırda çempionat başlasa da klubsuz olan Cavadov mətbuatdan, ictimaiyyətdən qaçsa da, Futbol11.az saytı hücumçunu taparaq suallarına cavab aldı. Cavadov ilk olaraq hazırkı durumundan danışdı:

“Bağdayam. İstirahət etmək? Deməzdim. Sadəcə, bağdayam. Hələ ki, gözləyirəm. 1 həftəyə çox şey bilinməlidir. Bu qədər futbol oynadıqdan sonra kənarda qalmağımın səbəbini bilmirəm. Amma Allah hər şeyi görür, bilir. Mən düşünürəm ki, hər şeyin ən yaxşısı irəlidə olacaq. Ölkə daxilindən variantım olmayıb. Hazırda ölkə xaricində olan klublarla danışıqlar gedir. Hansı ölkə? Onu deyə bilməyəcəyəm, özüm də bilmirəm”.

Olmaya Tərlan Əhmədovun təyinatı ilə Vaqif Cavadovun da bu kluba yolu açılır: “Neftçi”? Yox elə bir söhbət olmayıb. Mənə heç kim heç nə deməyim”.

Cavadov bildirdi ki, Rusiyanın “Anji” klubuna keçidi real olsa da, son anda alınmayıb: “Erməniyə görə alınmadı. Gözləyək görək necə olacaq? Düşünürəm ki, yaxşı karyera hələ irəlidədir”.

Son redaktə Bazar ertəsi, 11 Sentyabr 2017