wrapper

“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda komandalar çox güclüdür, amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik”. Futbol11.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak deyib.

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda çempionumuz səfərdə “Çelsi” ilə qarşılaşacaq.

Matçdan öncə keçirilmiş mətbuat konfransında qısa açıqlama verən polşalı müdafiəçi fikirlərini bölüşüb: “Rəqibin hücumçusu Alvaro Morata “Real”da çıxış edərkən ona qarşı oynamışam. “Çelsi”nin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacam”.

Son redaktə Bazar ertəsi, 11 Sentyabr 2017